Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:10

Məhbuslar aclıq aksiyasına başlayıb


Qobustan həbsxanasında cəza çəkən ömürlük azadlıqdan məhrum edilmiş bir qrup məhbus aclıq aksiyasına başlayıb. Həmin məhbuslardan birinin ailə üzvü Zərifə Quliyevanın «Azadlıq» radiosuna verdiyi məlumata görə, iyunun 28-i axşam məhbusların aclığa başlaması haqqında ərizəni Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin rəhbərliyinə təqdim edib. Xanım Quliyeva idarə rəhbərliyinin aksiyadan çəkindirmək üçün məhbuslara təzyiq göstərdiklərini də bildirdi: «Aksiyaya 100-dən artıq məhbus qoşulub. Onlara təzyiq göstərirlər ki, aclığı dayandırsınlar. Ancaq onlar aksiyanı davam etdirəcəklərini bildirirlər».


Ədliyyə Nazirliyi Məhkəmə Qərarları İcrası Baş İdarəsini şöbə rəisi Rafiq Ramazanov isə, aksiyanı dayandırmaq üçün məhbuslara təzyiq göstərilməsi barədə deyilənləri qəbul etmir: «Onlar hökmlərindən şikayət edirlər, saxlanma şəraitindən yox və sadəcə, diqqət cəlb etmək istəyirlər».


Azərbaycanda ölüm hökmünün ləğvindən sonra aclıq edən məhbusların cəzaları ömürlük azadlıqdan məhrumetmə ilə əvəz olunub. Məhbuslar hesab edirlər ki, cəzaları ömürlük yox, 15 il həbslə əvəz edilməli idi. Hazırda bu cür mübahisəli vəziyyətdə 109 nəfər məhbus cəza çəkir.


Günün bütün mövzuları

XS
SM
MD
LG