Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:40

Vəfa Mütəllimova: «Ünvanlı sosial yardımı almaq üçün ərizəni «Mersedes»lə gətirənlər var»


İyulun 1-dən Azərbaycanda ünvanlı sosial yardımların verilməsinə başlanacaq
İyulun 1-dən Azərbaycanda ünvanlı sosial yardımların verilməsinə başlanacaq

Hətta yardım almaq üçün bütün torpağını, mal-qarasını satanlara və ya kiməsə pay verənlərə də rast gəlinir


İyulun 1-dən Azərbaycanda ünvanlı sosial yardımların verilməsinə başlanacaq. İndiyə qədər 158 min nəfərdən çox adam bu yardımı almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) yerli şöbələrinə sənəd verib. Onlardan da təxminən 29 min nəfərinin ərizəsi qəbul edilib. Amma ərizələrin qəbulu və müraciətlərin yerində yoxlanması heç də asan başa gəlmir. Nazirlikdə Ünvanlı Sosial Yardım Sektorunun müdiri Vəfa Mütəllimova deyir ki, evi, maşını, övladı olmadığını və heç yerdə işləmədiyini qeyd edənlərin ərizələrində yazdığı ünvanlara gedəndə, üç mərtəbəli imarətlərə, xarici maşınlara rast gəlirlər. Xanım Mütəllimova bildirir ki, bəzən ünvanlı sosial yadımı almaq üçün ərizəni «Mersedes» markalı maşında gətirənlər, ailə tərkibini gizlədənlər və ya ərindən çoxdan ayrıldığını deyənlər olsa da, sonradan bu məlumatların tamamilə yalan olduğu üzə çıxır.


ƏƏSMN-in əməkdaşı bildirir ki, ərizəçilər şəhərdə daha çox ailə tərkibi haqqında, kəndlərdə isə, pay torpaqları və həyətdəki mal-qaranın sayı barədə məlumatları saxtalaşdırırlar. Vəfa Mütəllimova deyir ki, araşdırmalarda hətta yardım almaq üçün bütün torpağını, mal-qarasını satanlara və ya torpağını kiməsə pay verənlərə də rast gəliblər.


Nazirlik rəsmisi bildirir ki, yardımların iyulun 1-dən verilməsinə baxmayaraq, ərizələrin qəbulu davam edəcək.


Ünvanlı sosial yardım almaq hüququ qazananlar onu yaşayış yeri üzrə sosial müdafiə mərkəzlərinə müraciətlərindən asılı olaraq banklardan və rabitə şöbələrindən ala biləcəklər. Sosial yardım qısa müddətli müavinət hesab edildiyindən onu bankomatlardan götürmək mümkün olmayacaq.


XS
SM
MD
LG