Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:08

Babək qalasına gedən yolların çoxunun bağlandığı xəbər verilir


İran Azərbaycanının Kəleybər qəsəbəsində yerləşən Babək qalası

İran Azərbaycanının Kəleybər qəsəbəsində yerləşən Babək qalası

İranın bütün Azərbaycan şəhərlərində təhlükəsizlik qüvvələrinin sayı artırılıb. Bəz qalasına yürüşün təşkilatçılığında şübhəli bilinən bir çox insan həbs edilib


Babək qurultayı ərəfəsində İranın bütün Azərbaycan şəhərlərində təhlükəsizlik qüvvələrinin sayı artırılıb. Yollarda polis və ordunun nəzarəti gücləndirilib. Təbriz və Ərdəbildən Kəleybər mahalı və Babək qalasına gedən yolların çoxu bağlanıb və Əhər şəhərinin giriş və çıxış yollarında 6 nöqtədə axtarış postu yerləşdirilib.


Eyni zamanda müxtəlif şəhərlərdə Bəz qalasına yürüşün təşkilatçılığında şübhəli bilinən bir çox insan həbs edilib.


Son bir ay ərzində İranın Azərbaycan məntəqələrində 9 müxbir və yazıçı həbs edilib. Son iki gün ərzində isə Nəqədə şəhərində artıq bağlanılmış “Pəyame Sulduz” nəşriyyatının redaktoru, İsa Yeganə, Təbrizdə İslam Respublikasının keçmiş nümayəndələrindən olan, siyasi fəal Seyid Mehdi Seyidzadə, Zəncanda insan hüquqları müdafiəçisi və Azərbaycan Siyasi Məhbuslarının Müdafiə Komitəsinin təşkilatçılarından Riza Abbasi tutularaq nəzarət altına alınıb.


Həbs edilən ziyalılar arasında böyrək xəstəliyindən əziyyət çəkən Mühəndis İbrahim Rəşidinin ağır vəziyyətdə olduğu bildirilir. Aclıq elan edən Abbas Lisani isə komaya düşüb.


Azərbaycanın tarixi qəhrəmanı Babək Xorrəmdinin ad günü qəbul edilən tarix hər il Kəleybər şəhərinin yaxınlığındakı Bəz yaxud Babək qalasında qeyd edilir. Ancaq adətən iyun ayının 29 və 30-da qeyd olunan bu mərasim bu il son nümayişlərdə həlak olanların vəfatının 40-cı gününə (qırxına) təsadüf edir.


Günün bütün mövzuları

XS
SM
MD
LG