Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:56

“Ayna”: “Aclıq edən məhbuslara qarşı təzyiqlər başlayıb”


“Yeni Azərbaycan” qəzeti xəbər verir ki, Beynəlxalq Atom Enerjisi Agentliyi - MAQATE Xəzər dənizinin Azərbaycan sektorunda radioaktivliyin səviyyəsini müəyyən etmək məqsədi ilə monitorinqlər keçirməyi planlaşdırır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Milli Elmlər Akademiyasının mütəxəssislərinin iştirakı ilə keçiriləcək monitorinqlərdə MAQATE-nin ən modern texnologiyasından istifadə olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi monitorinqlər zamanı Xəzər dənizinin çirklənməsinə təsir göstərən əsas amillərin araşdırılacağını bildirir. Bununla yanaşı, bioehtiyatların və mineral sərvətlərin istismarı zamanı ətraf mühitə təsirlərin miqyası da öyrəniləcək.


“Yeni Müsavat” qəzeti “Azərittifaq”ın sabiq işçilərinin qurumdakı korrupsiya və mənimsəmə faktları ilə bağlı İlham və Mehriban Əliyevlərə, Milli Məclisin sədri Oqtay Əsədova, Milli Təhlükəsizlik naziri Eldar Mahmudova, sabiq Maliyyə naziri Əvəz Ələkbərova və İqtisadi İnkişaf naziri Heydər Babayevə etdikləri müraciətlərdə əksini tapan maraqlı faktları oxucuların diqqətinə çatdırır. Müraciətlərdə bildirilir ki, Beynəlxalq Bankın 2000-ci ilin 25 iyulunda göndərdiyi məktuba əsasən “Azərittifaq”ın Təftiş Komissiyasının müfəttişi Mustafa Əliyev tərəfindən tərtib edilmiş aktda 4 milyard manatdan yuxarı yeyintinin olması, tədarükçülərdə 750 milyon manat pulun qalması kimi faktlar əksini tapıb. Bütün bunlardan əlavə, 1997-99-cu illərdən bəri Qəbələ Rayon İstehlak Cəmiyyətində 10 milyard 290 milyon manat, Ucar Çörək Kombinatında 1,9 milyard manat yeyinti faktı aşkar edilib.


“Ayna” qəzeti xəbər verir ki, iyunun 26-dan başlayaraq 1 saylı Qobustan qapalı həbsxanasında aclıq aksiyasına başlamış məhbuslara qarşı təzyiqlər başlayıb. Adıçəkilən həbsxanadakı mənbədən “Ayna”ya daxil olan məlumata əsasən, artıq bir neçə məhbus karserə salınıb, digərlərinə qarşı isə, qohumları vasitəsilə təzyiqlər edilir. Amma bütün bunlara baxmayaraq, ömürlük həbsə məhkum olunmuş məhbuslar aksiyanı dayandırmaq fikrində deyillər. Məhbuslar hətta aclıq aksiyasına başlamaları haqda Avropa Şurasına da məktubla müracət ediblər.


XS
SM
MD
LG