Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:48

ATƏT dövlət strukturlarının mətbuat katibləri və jurnalistlər üçün treninq keçirəcək


İyul ayında ATƏT Bakıda dövlət strukturlarının mətbuat katibləri və jurnalistlər üçün treninq-seminar keçirəcək. Üç gün davam edəcək tədbirdə məqsəd dövlət strukturlarının jurnalistlərlə münasibətlərini yaxşılaşdırmaqdır. Məlumatı «Azadlıq» radiosuna ATƏT-in Bakı Ofisindən Ülvi Axundlu verib.


Analoji tədbir ötən il iyulun 18-dən 20-dək keçirilmişdi.


ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi Mikloş Haraşti isə, Bakıya bu ilin sentyabrında gələcək. İyulun əvvəlində onun nümayəndələri Bakıda olacaq və medianın vəziyyətini öyrənərək cənab Haraştiyə məruzə edəcəklər.


Ötən ilin iyulunda Mikloş Haraşti Azərbaycanda medianın durumuna dair tövsiyələrini yaymışdı. Bu ilin əvvəlində isə o, prezident İlham Əliyevə məktub göndərərək, böhtan, şərəf və ləyaqətin təhqiri ittihamlarını Cinayət Məcəlləsindən çıxarmağı təklif etmişdi.


XS
SM
MD
LG