Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:57

Səhiyyə Nazirliyi "Diamed" özəl tibb mərkəzinin fəaliyyətini dayandırdı


"Diamed"in bağlanmasının səbəblərindən biri də mərkəzin lisenziyasız fəaliyyət göstərməsi olub
"Diamed"in bağlanmasının səbəblərindən biri də mərkəzin lisenziyasız fəaliyyət göstərməsi olub

Səhiyyə Nazirliyi iyunun 29-dan Azərbaycanda iri diaqnostika mərkəzlərindən biri olan "Diamed" özəl tibb mərkəzinin fəaliyyəti dayandırıb. Nazirliyin məlumatına görə, buna səbəb mərkəzin filiallarının lisenziyasız fəaliyyət göstərməsi, bəzi yerlərdə tibb fəaliyyəti ilə yanaşı tikinti işləri aparılması, vaxtı keçmiş tibb avadanlıqlarından istifadədir. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova: «Laborator müayinələrin aparılması üçün nəzərdə tutulmuş bir çox reaktivlərin istifadə müddətinin bitməsinə baxmayaraq, onlar anbardan çıxarılıb sənədləşdirilməmiş və istifadəyə yararlı reaktivlərlə birlikdə saxlanılır. Müəssisənin müayinə və müalicə üçün istifadə etdiyi tibb avadanlıqlarına Standartlaşdırma Metrologiya və Patent Agentliyinin rəyi alınmamışdır.


Səmayə Məmmədova deyir ki, "Diamed"dən başqa daha bir özəl tibb mərkəzində də yoxlama aparılır və nəticələr bu günlərdə bilinəcək».


"Diamed" Tibb Mərkəzindən ittihamlara cavab almaq mümkün olmadı.


Səhiyyə Nazirliyi “Hepatit C” virusuna yoluxmuş iki xəstənin analizlərini Bakı şəhərində fəaliyyət göstərən 10 özəl tibb müəssisəsinin laboratoriyalarında eyni vaxtda yoxlamadan keçirib. Mərkəzlərin verdikləri analizlərin nəticələri müxtəlif olub. Elə İqtisadi İnkişaf Nazirliyi ilə birlikdə yoxlama aparılmasına da bu səbəb olub. Səhiyyə Nazirliyi hazırda yoxlamaları digər özəl tibb müəssisələrində davam etdirir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG