Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:31

Xəzərdə xüsusi taktiki təlim keçirilib


İyunun 28-də Xəzər dənizində birgə xilasetmə işlərinin aparılması məqsədilə xüsusi taktiki təlim keçirilib. Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən verilən məlumata görə, təlimlər Xəzər dənizinin Azərbaycana məxsus hissəsində sahilə, adalara, neft-qaz ixrac boru kəmərlərinə və neft platformalarına qarşı təhlükə yarandıqda həmin qurumların qarşılıqlı əlaqəsinin, xidməti-döyüş hərəkətlərinin və xilasetmə işlərinin aparılmasını yoxlamaq məqsədilə keçirilib.


Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin, Fövqəladə Hallar Nazirliyinin və Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin birgə iştirak etdiyi təlimlərdə döyüş və hərəkət nizamı yoxlanılıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG