Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:07

Gəncə Yağ-Piy Kombinatında yanğın baş verib


İyunun 27-si axşam saatlarında Gəncə Yağ-Piy Kombinatında yanğın baş verib. Hadisə yerinə gələn yanğınsöndürən maşınların sayı 3 olsa da, bütün kombinatı bürüyən yanğını söndürmək mümkün olmayıb. Hadisə yerinə əlavə olaraq 3 su maşını gətirilib.


Hələlik yanğının səbəbləri məlum olmasa da, Gəncə şəhər icra başçısının müavini Şahmalı Cavadov hesab edir ki, texniki avadanlıqlar uzun müddət işlədiyindən, sürtünmə baş verib.


Kombinatın məsul işçisi Rza Hüseynov deyir ki, yanğın iş vaxtı başa çatandan sonra olub. Elə müəssisənin yanmasından da sahə müvəkkili xəbər tutub.


Hadisədən zərər çəkən olmayıb və yanğın təxminən 1 saat davam edib.


XS
SM
MD
LG