Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:41

Pakistanda dörd gündə 700-dək yaraqlı öldürülüb


Son 4 gündə Pakistanın şimal-qərbində-- Svat dərəsində 700-dək yaraqlı öldürülüb. Bu barədə Pakistanın Daxili İşlər naziri Rəhman Malik deyib. Ancaq müstəqil mənbələrlə bu faktı təsdiqləmək mümkün olmayıb.

Mayın 10-da ordu bildirib ki, hücum zamanı Svat dərəsində 500-dək yaraqlı öldürülüb.
On minlərlə dinc sakin isə döyüş zonasını tərk edib.

BMT-nin məlumatına görə qaçqınlar üçün düşərgələrdə və mərkəzlərdə 360 min insan qeydə alınıb.

Pakistan ordusu ötən həftə Talibanın qonşu rayonu nəzarətə götürmək cəhdindən sonra geniş miqyaslı əməliyyata başlayıb.

Bu arada mayın 11-də isə intiharçı Pakistanın şimal-qərbində təhlükəsizlik məntəqəsinin yaxınlığında maşını partladıb. Azı 6 nəfər ölüb və bir neçə nəfər yaralanıb.

Hadisə Peşəvər şəhəri yaxınlığında baş verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG