Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 10:18

Vladimir Putin Yaponiyaya gedir


Rusiyanın baş naziri Vladimir Putin Yaponiyaya səfərə gedir. Mayın 10-da Yaponiya mətbuatına müsahibəsində Putin deyib ki, danışıqlarda əsas ticarət-iqtisadi əməkdaşlıq məsələlərinə diqqət veriləcək.

Putinin səfəri zamanı bir sıra hökumətlərarası, o cümlədən atom enerjisi sahəsində razılaşmaların imzalanması planlaşdırılıb. Putin deyib ki, razılaşma Yaponiya bazarlarında Rusiyanın nüvə yanacağı payını 15-dən 25 faizə qədər artıracaq.

Gündəlik Nikkei qəzeti isə yazıb ki, Putin təxminən 200 layihədə yaponların investisiya qoymasını istəyir. Bu avtomobil, enerji, kosmos və kommunikasiya layihələridir.

XS
SM
MD
LG