Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:11

Xəbərlər


Beynəlxalq caz şənliyi meydana sığmadı


Azərbaycan paytaxtının Fəvvarələr Meydanı «Bakı. Caz Festival 2006»nın canlı şahidinə çevrildi. Ən müxtəlif sosial kəsimlərə mənsub gənclər bir yana, yaşlı və qocalar da bu musiqi bayramına rəng qatdılar. Bakıyla Tiflis arasında birbaşa telekörpü, tanış və nostalji yağdıran melodiyalar, gözəl ifalar Caz Şənliyinin canlı keçəcəyindən soraq verir. Yeganə acı sürpriz – Azərbaycan cazının 2 ustasının – Salman Qəmbərovun və Cəmil Əmirovun bu festivala qatıla bilməməsi oldu. Hər 2 sənətçi bir müddət musiqidən çox, sağlıq qayğılarına baş qatacaq.



Səməd Vurğunun Şirini rusca danışacaq


Rus Dram Teatrında «Fərhad və Şirin» mənzum dramının məşqləri gedir. Şirin rolunu tanınmış aktrisa Naina İbrahimova ifa edəcək. İlk tamaşa Səməd Vurğunun 100 illik yubileyinin rəsmi qeyd olunacağı tarixdə - sentyabrın sonu, oktyabrın əvvəllərində göstəriləcək.


XS
SM
MD
LG