Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:35

«Sərhədsiz Reportyorlar» Sakit Zahidovun həbsi ilə bağlı bəyanat yayıb


«Sərhədsiz Reportyorlar» Beynəlxalq Mətbuat Azadlığını Müdafiə Təşkilatı Azərbaycan hakimiyyətini «Azadlıq» qəzetinin yazarı Sakit Zahidovun həbsini araşdırmağa çağırır. Cənab Zahidovu iyunun 23-də axşam Daxili İşlər Nazirliyinin narkotiklərlə mübarizə üzrə əməkdaşları saxlayıb və ertəsi gün Nəsimi Rayon Məhkəməsi ona üç aylıq həbs cəzası kəsib: «Biz prezident İlham Əliyev və onun hökumətini tənqid edən müxalifət jurnalisti Sakit Zahidovun həbsinə çox təəccüblənirik. Biz Daxili İşlər Nazirliyini jurnalistin həbs şəraitini aydınlaşdırmağa və polisin onun cibindən tapdığı heroinin doğrudan da onun olduğunu sübut etməyə çağırırıq».


Təşkilat bildirir ki, Azərbaycanın müxalifət jurnalistləri daima zorakılıq və həbslərin qurbanı olurlar: «Bu vaxtacan hökumət bu gərginliyə son qoymaq üçün əsl iradə göstərməyib və istisna edilmir ki, bu həbs də dissident jurnalistlərə qarşı siyasətin bir hissəsidir».


XS
SM
MD
LG