Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:30

Pakistanda döyüş zonasını100 mindən çox adam tərk edib


Pakistanda minlərlə adam Svat vadisini tərk edir.

Talibançıların nəzarətində olan Vadidə hökumət qoşunları iri miqyaslı hərbi əməliyyatlara başlayıb.

Hakim dairələr komendant saatını müvəqqəti götürdüyünə görə bu gün səhərdən qaçqın axını artıb.

Ümumiyyətlə son həftə ərzində döyüş zonasını 100 mindən çox adam tərk edib.

Pakistan ordusunun sözçüsü Nəsir Xan deyir ki, hücuma keçməzdən qabaq döyüş zonasından çıxmaq üçün dinc sakinlərə 7 saat vaxt verilir.

Pakistan ordusunun məlumatına görə təkcə dünən aparılmış əməliyyatlarda azı 55 yaraqlı öldürülüb.

Dinc sakinlər arasında itgi olmasıyla bağlı məlumat yoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG