Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:52

Gürcüstanda 20 minlik mitinq keçirilib


Gürcüstan müxalifəti yenidən etiraz aksiyasına çıxıb.

Parlament binasının önündə keçirilən Aksiyada təxminən 20 min adam iştirak edib.

Prezident Mixeil Saakaşvilinin istefasını tələb edən müxalifət ,, Mişa get “ şüarı səsləndirib.

Müxalifət ölkədəki siyasi böhranı yoluna qoymaq üçün prezident Mixeil Saakaşvilinin onunla birbaşa danışıqlara getməsini tələb edir.

Cümə günü müxalifət və hökumət nümayəndələri arasında aparılmış danışıqlar nəticə verməyib.

Gürcüstan müxalifəti prezident Mixeil Saakaşvilini demokratiyanı boğmaqda və ötən ilin yayında Rusiyayla müharibədə düzgün addım atmamaqda günahlandırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG