Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:18

Xəzərdə radiasiyanın səviyyəsini müəyyənləşdirmək üçün monitorinq aparılacaq


Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, Milli Elmlər Akdemiyasının Radiasiya Problemləri İnstitutu və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzərdə radiasiyanın səviyyəsini müəyyənləşdirmək üçün birgə monitorinq aparmağı planlaşdırır. Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov bildirib ki, monitorinqin nəticəsində dənizin yüksək radioaktiv çirklənməyə məruz qalacağını gözləmir. Onun sözlərinə görə, Xəzər əsas iki zonada – Abşeron yarımadası və Kür çayının dənizə töküldüyü hissədə çirklənməyə məruz qalır.


Cənab Bağırov bildirib ki, Abşeron yarımadasında Xəzərə çirkli suların axıdılımasına, Kür çayının Gürcüstan, Araz çayının isə Ermənistan ərazisində çirklənməsinə baxmayaraq, həmin iki ərazinin heç birində yüksək radioaktivlik müşahidə edilmir. «Bu proses nazirliyin daima diqqət mərkəzindədir», - deyə Hüseynqulu Bağırov vurğulayıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG