Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:25

«Bütün cəbhə boyu vətəndaş azadlıqlarına hücumlar güclənib»


Mübariz Əhmədoğlu, Babək Bəkir və Hikmət Hacızadə, 9 may 2009

Mübariz Əhmədoğlu, Babək Bəkir və Hikmət Hacızadə, 9 may 2009

«Bütün cəbhə boyu vətəndaş azadlıqlarına hücumlar güclənib».

Bu fikri «Far» İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Hikmət Hacızadə «Panorama» verilişində həftənin hadisələrini dəyərləndirərkən deyib. Onun fikrincə, «Gül bayramı»na etirazlarla bağlı gənclərin həbsi qanunsuzluqdur:

«Hələ icazəsiz aksiya olmayıb. Polisə daş atılmayıb. Onda niyə gənclər küçədə gedərkən polisə müqavimət adı altında həbs edilirlər? Bu əslində onların fikirlərinə görə həbs olunduğunu göstərir…».

Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu isə düşünür ki, «Gül bayramı»nı siyasiləşdirməyə ehtiyac yoxdur:

«Bu əvvəlcədən nəzərdə tutulan bayramdır. Hələ aprelin 30-dan, yəni Neft Akademiyasına silahlı basqından əvvəl də bu bayramın keçiriləcəyi bilinirdi. Gənclər bu məsələ ətrafında emosionallıq göstərməməlidirlər…».

Hikmət Hacızadə isə deyir ki, «Dini etiqad azadlığı haqqında» qanuna edilən son dəyişikliklər hökumətin hamıya, hər yerdə nəzarət etmək istəyindən xəbər verir:

«Azərbaycan orta əsrlər dövrünə qayıdır. Orta əsrlərdə müxtəlif feodallar, müxtəlif qüvvələr arasında toqquşmalar mütləqiyyətin qurulmasına gətirib çıxartdı. XIV Lüdovik deyirdi ki, mənəm dövlət. İndi Azərbaycanda da eyni proseslər gedir. Bunun axırı xaosdur, inqilabdır…».

Mübariz Əhmədoğlu isə deyir ki, din məişətdən qırağa çıxmamalıdır:

«İslam Sovet dövründə necə idisə, indi də elə olmalıdır. Sovet dövründə nə qədər qadağalar olsa da, İslam evlərdə, ürəklərdə yaşayırdı…».

Mübariz Əhmədoğlunun fikrincə, dini icmaların başlı-başına buraxılması ölkədə ağır nəticələr doğura bilər:

«Vaxtı ilə hakimiyyəti qınayırdılar ki, Nərimanovdakı dini icmaya şərait yaratmaqla bundan bəhrələnmək istəyir. Yəni hakimiyyət Qərbə demək istəyir ki, Azərbaycanda islam güclənir. Bundan sonra da məqsədi özünün sərt addımlarını sığortalamaqdır. İndi bəs nədən hökuməti bəzi dini icmalara məhdudiyyətlər yaratmaqda günahlandırırlar? ».

Hikmət Hacızadə də dini radikalizmə qarşı mübarizəni gücləndirməyə etiraz etmir. Ancaq:

«Belə olmaz axı, adamları uzun saqqalına görə təqib edəsən, saqqalını qırxıb alçaldasan…».

Buna da bax:

Şərhləri göstər

XS
SM
MD
LG