Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:29

«Bu, insan oğurluğudur»


Gənclər təşkilatları nümayəndələrinin konfransı, Bakı, 9 may 2009
Mayın 9-da müxalifətçi gənclərin tutulması ilə əlaqədar gənclər təşkilatlarının nümayəndələri konfrans keçirib.

Konfransın təşkilatçısı - Azərbaycan Gənclər Platformasından Orxan Qafarlı hesab edir ki, gənclərin mülki geyimli şəxslər tərəfindən tutulub aparılması əslində, insan oğurluğudur. O deyib ki, polisin fəal gəncləri müxtəlif bəhanələrlə saxlaması onların etirazının qarşısını ala bilməz:

«Biz tələb edirik ki, Neft Akademiyasında baş vermiş hadisə ilə bağlı matəm elan olunsun».

Müzakirə iştirakçısı - politoloq İlqar Məmmədov deyib ki, bu həbslər heç kimi qorxuya salmamalıdır:

«Hakimiyyət istəyir ki, belə məlumat yayılsın ki, bəs onu tutdular, bunu tutdular. Bundan sonra da hamı vahiməyə qapılacaq, düşünəcəklər ki, etiraz edən gənclərin sayı xeyli azalır. Məqsəd budur».

Azərbaycan-Avropa Hərəkatının rəhbəri Rəşad Xasayoğlu isə deyir ki, ordu generalı Rail Rzayevin güllələnməsindən sonra vətəndaşlarda inam qalmayıb:

«Söhbət neçə sutka həbs olunmaqdan getmir. Söhbət ondan gedir ki, bu ölkədə söz azadlığına nail olmalıyıq, sözümüzü deməliyik. Onlarla insanımız gülləbaran edilib və bu insanların ruhunu anmaq istəyirik. Burda başqa bir təxribat axtarmağa ehtiyac yoxdur».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG