Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:40

Ramil Usubov: «Fərda Qədirov psixoloji cəhətdən normal olmayıb»


«Aprelin 30-da Dövlət Neft Akademiyasında baş vermiş cinayət hadisəsi ilə bağlı istintaq gedir və araşdırma aparılır».

Bu barədə Daxili İşlər naziri Ramil Usubov jurnalistlərə açıqlamasında bildirib.

«Hazırda ətraflı araşdırma aparılır. İstintaq eyni zamanda, Gürcüstanda da aparılır. Bu məsələnin açılmasında Gürcüstanın prokurorluq və polis orqanları bizə yaxından köməklik edirlər».

Bununla belə, nazir hadisənin motivi araşdırıldıqdan sonra dəqiq məlumat veriləcəyini bildirib.

«Görünür, Fərda Qədirov psixoloji cəhətdən normal olmayıb», - deyə R.Usubov qeyd edib. / Turan /
XS
SM
MD
LG