Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:43

Pakistanda yaraqlılarla savaş dava edir


Pakistan ordusu ölkənin şimal-qərbində yerləşən Svad vadisində talibançılara qarşı irimiqyaslı hərbi əməliyyatlara başlayıb.

Komandanlığın rəsmisi general-mayor Atar Abbas yaraqlıların təxminən 4-5 min olduqlarını deyir.

Hərbçilər hesab edir ki, onların arasında Əfqanıstandan keçmiş özbək və taciklər də var.

Pakistan hərbiçiləri hava və quru əməliyyatları nəticəsində 140 –dan çox yaraqlının öldürüldüyünü xəbər verirlər.

Həmçinin bu döyüşlərdə 8 əsgər ölüb.

BMT-nin qaçqınlar üzrə idarəsinin dünən verdiyi məluma görə indiyədək döyüş zonasını 200 min adam tərk edib, təxminən 300 min adamsa bölgədən çıxmağa hazırlaşır.

Bu yaxınlarda Pakistan hökumətilə yaraqlılar arasında əldə olunmuş razılaşmaya əsasən Svat vadisində şəriət qanunları tətbiq edilib.

Bir sıra qərb ölkələri hesab edir ki, bu bölgədə yaraqlıların güclənməsinə səbəb olacaq.
XS
SM
MD
LG