Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:15

Faşizm üzərində qələbədən 64 il keçir


İndi Azərbaycanda 40 minədək müharibə veteranı var

İndi Azərbaycanda 40 minədək müharibə veteranı var

Mayın 9-da Sovet ordusunun faşist Almaniyası üzərində qələbəsindən 64 il keçir. Hitler Almaniyasının hərbi rəhbərliyi 1945-ci il mayın 8-də təslim olmaq haqqında sazişi imzalayıb.

May 9-u Azərbaycanda da Qələbə Günü kimi qeyd olunur və rəsmi iş günü deyil. 1941-1945-ci illərdə Azərbaycanın 3 milyon yarım əhalisindən 600 mindən çoxu cəbhəyə gedib, onlardan təqribən yarısı döyüşlərdə həlak olub.

Həmin illərdə Bakı cəbhəyə 75 milyon ton neft yanacağı göndərib, eyni zamanda, benzin və sürtgü yağlarına olan tələbatın 75-90%-ni ödəyib.

İndi Azərbaycanda 40 minədək müharibə veteranı var, onlardan 12 min 500-ü döyüşlərdə iştirak edib. O dövrün ən ali mükafatı - Sovet İttifaqı Qəhrəmanı adını almış 134 nəfərdən sağ qalan yoxdur.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG