Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:00

Çexiyaya müvəqqəti kommunist hökuməti gəlib


Çex Respublikasının prezidenti Vaslav Klaus mayın 8-də hökumətin müvəqqəti tərkibini təsdiqləyib. Yeni kabinetə Jan Fisçer rəhbərlik edir. Müvəqqəti nazirlər Çexiyanın Avropa Birliyinə sədrliyinin sonuna – iyunun 30-a qədər işdə qalacaqlar.

Baş nazir Mirek Topolanekin hökuməti martın sonunda dağılmışdı.

Müvəqqəti hökumətin rəhbəri Jan Fisçer, onun Xarici İşlər naziri Jan Kohout və Avropa məsələləri üzrə maziri Stefan Fule və maliyyə naziri ölkənin Çexoslovakiya adlanan dövründə Kommunist Partiyasının üzvləri olublar.

Günün bütün mövzuları

XS
SM
MD
LG