Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:19

Ermənistan NATO-nun Baş katibinin Azərbaycanı müdafiə etdiyini deyir


Ermənistan NATO-nun Gürcüstanda keçirilən təliminə qatılmamasına səbəb kimi alyansın baş katibi Yaap de Hoop Sxeffer Azərbaycanın ərazi bütövlüyü müdafiə etməsi göstərir.

“Azadlıq” radiosunun erməni xidməti məlumat verir ki, bu barədə Müdafiə naziri Seyran Ohanyan bildirib. Ohanyan mayın 7-də deyib ki, Yaap de Hoop Sxeffer ötən həftə İlham Əliyev Brüsseldə olarkən çıxışında Azərbaycanın ərazi bütövlüyünü müdafiə edib.

Rusiya NATO-nun Sülh Namiznə Tərəfdaşlıq Proqramı çərçivəsində bugünlərdə Gürcüstanda başlayan hərbi təliminə qarşı çıxır. Təlimin başlamasına az qalmış Ermənistan da həmin təlimdə iştirak etməyəcəyini bildirib.
XS
SM
MD
LG