Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:06

Pakistan ordusu talibanın mövqelərini atəşə tutub


Pakistan ordusu Talibanın Svat dərəsindəki mövqelərinə havadan zərbələr endirib. Svatdakı ordu sözçüsü, mayor Nasir Xan deyib ki, əməliyyata qırıcı təyyarə və vertolyotlar, ordu cəlb edilib. Əməliyyat zamanı 12 yaraqlı öldürülüb.

On minlərlə dinc sakin əməliyyat başlayandan bəri döyüş zonasını tərk etməyə məcbur olub.

Mayın 7-də Pakistanın baş naziri Yusif Rza Gilani deyib ki, qoşuna yaraqlı və terrorçuları məhv etmək əmri verilib.
XS
SM
MD
LG