Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:35

«Azərbaycanda fəaliyyətimiz üç iqtiqamətdə gedir»


ATƏT-in Bakı ofisinin yeni rəhbəri Bilge Cankorel

ATƏT-in Bakı ofisinin yeni rəhbəri Bilge Cankorel

«Azərbaycanda fəaliyyətimiz üç - hərbi-siyasi, iqtisadiyyat, ətraf mühit və insan haqları iqtiqamətində gedir».

ATƏT-in Bakı ofisinin yeni rəhbəri Bilge Cankorel mayın 8-i jurnalistlərlə görüşündə belə deyib. Cənab Cankorel bildirib ki, onlar hərbi-siyasi sahədə bir çox layihələr həyata keçirəcək və əvvəlcə başlanmış layihələri davam etdirəcəklər:

«Daxili İşlər Nazirliyi ilə əməkdaşlıq əsasında bir neçə layihəmiz var. Bunlardan biri cəmiyyət dəstəkli polis layihəsidir. Bu layihədə pilot bölgələr kimi Mingəçevir və Şirvan seçilib. Layihənin məqsədi polis və cəmiyyət arasında dialoq qurmaq və olan dialoqu daha da gücləndirməkdir. Nazirlik bu layihəni digər bölgələrdə də həyata keçirmək istəyir. Layihənin genişlənməsi üçün 2008-ci ildən bu yana bəzi işlər görülüb. Bizim ofisimiz də bu yöndə görülən işlərə böyük dəstək verir. Bu minvalla Bakının Nərimanov rayonu, Dəvəçi, Quba, Xaçmaz, Qazax, Gəncə, Tərtərdə bənzər layihələr həyata keçirilməyə başlanıb. Bu layihələri davam etdirməyə çalışırıq».

ATƏT-in ikinci bir layihəsi DİN ilə birgə həyata keçirilən polis təlimi layihəsidir. Polislə bağlı digər bir layihə isə ictimai toplanışların idarəsi ilə bağlıdır:

«Bu layihə 2008-ci ildə başa çatıb. Lakin biz bunun 2009-2010-cu illərdə də davam etdirilməsini müzakirə edirik. DİN-lə birgə işlədiyimiz layihələrdən biri də terrorizmlə mübarizə və sərhədlərin inteqrasiyası ilə bağlıdır».

Bilge Cankorel deyib ki, kiçik biznesin genişləndirilməsi və ətraf mühitin mühafizəsiz ilə bağlı da işlər görüləcək. İnsan haqları sahəsində isə demokratikləşmə, media və hökumətin qarşılıqlı münasibətləri sahəsində işlər görüləcək. Həmçinin korrupsiya ilə mübarizə və məhkəmələrin monitorinqi məsələləri də fəaliyyətin bir hissəsi olacaq.

Bu il aprelin 10-da ATƏT-in fəaliyyətdə olan Sədrliyi Bilge Cankoreli ATƏT-in Bakı ofisinin rəhbəri vəzifəsinə təyin edib. 2001-ci ildən 2005-ci ilə kimi B.Cankorel Türkiyənin Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb. Daha sonda isə cənab Cankorel Türkiyənin Xarici İşlər Nazirliyində müşavir, eləcə də bir sıra məsələlər üzrə xüsusi elçi kimi xidmət göstərib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG