Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:27

XİN-dən ABŞ səfirliyindən izahat almaq tələb edilir


Millət vəkilləri Xarici İşlər Nazirliyini ABŞ səfirliyindən izahat almağa çağırıblar

Millət vəkilləri Xarici İşlər Nazirliyini ABŞ səfirliyindən izahat almağa çağırıblar

Milli Məclisin mayın 8-də keçirilən iclasında bir çox deputatlar Beynəlxalq Mətbuat Azadlığı Günü ABŞ prezidenti Barak Obamanın Azərbaycanda söz azadlığı ilə bağlı səsləndirdiyi fikirlərə etirazlarını bildiriblər.

Millət vəkilləri Asəf Hacıyev, Qənirə Paşayeva, Siyavuş Novruzov, Mübariz Qurbanlı və başqaları bununla bağlı Xarici İşlər Nazirliyini ABŞ səfirliyindən izahat almağa çağırıblar.

Asəf Hacıyev Obamanın bəyanatında Azərbaycanla bağlı dediyi fikirləri «ədalətsiz yanaşma» adlandırıb. O yeni administrasiyaya bəslənən ümidlərin özünü doğrultmadığı deyib.

Qənirə Paşayeva Azərbaycanda söz azadlığının təmin edilməsi sahəsində çox işlər görüldüyünü bildirib. O da deyib ki, Amerika prezidentinin münasibəti «düzgün yanaşma» deyil.

Siyavuş Novruzov Azərbaycan XİN-in Amerika səfirliyinidən izahat almasını istəyib.

Məsələyə münasibət bildirən spiker Oqtay Əsədov deyib: «Obamanın çıxışında erməni diasporunun xidməti var». O, bildirib ki, bu çıxışın səbəbləri müəyyənləşdirilməlidir.

Müsavat deputat qrupundan olan Pənah Hüseyn ölkədə bir çox jurnalistin həbsdə olduğunu vurğulayıb. Onun fikrincə, nə qədər ki, ölkədə jurnalistlər həbsə salınır, Azərbaycanın siyasi rəhbərliyi belə münasibət gözləməlidir.

Mayın 3-də Beynəlxalq Mətbuat Azadlığı Günü Amerika prezidenti Barak Obama jurnalistlərin dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanda təqiblərə, senzuraya və inzibati həbslərə məruz qaldığını bildirib.

Hazırda Azərbaycanda ikisi baş redaktor olmaqla üç jurnalist həbsdədir. Onlar peşə fəaliyyətlərinə görə həbs edildiklərini bildirirlər. Beynəlxalq hüquq müdafiə təşkilatları Azərbaycan hakimiyyətini jurnalistləri azadlığı buraxmağa çağırır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG