Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:01

Milli Məclisin növbəti iclası keçirilir


Mayın 8-də Milli Məclis «Dini etiqad azadlığı haqqında» qanuna əlavə və dəyişiklikləri müzakirə edəcək. Əlavə və dəyişikliklərdə insan ləyaqətini alçaldan dinlərin təbliğatının qadağan olunması, bütün dini icmaların isə sentyabra qədər yenidən qeydiyyata alınması nəzərdə tutulur.

Ancaq bəzi dini icmalar bu yenilikləri vidan azadlığının azaldılması kimi dəyərləndirir.

«Azərtac»ın məlumatına görə parlamentin iclasında həm də «Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi haqqında» qanun qəbul ediləcək, «Əmanətlərin sığortalanması haqqında», Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və Cinayət –Prosessual Məcəlləsinə əlavələr və dəyişikliklər olunacaq.

İclasda həmçinin Salyan rayonunun Şatrovka kəndinin adının dəyişdirilməsi məsələsinə və Tikinti Məcəlləsinin layihəsinə də baxılacaq.
XS
SM
MD
LG