Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:06

ATƏT-in Minsk Qrupunun həmsədrləri birgə bəyanat yayıb


ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin Praqa görüşü ilə bağlı birgə bəyanat yayıblar.

Həmsədrlər hesab edir ki bu cür görüşlərin hər biri tərəfləri irəliləyişə yaxınlaşdırır. Bu mənada mayın 7-də keçirilən görüş mühüm irəliləyişin olduğunu göstərir.

Həmsədrlər hesab edir ki, qarşıdakı görüşlər ilin sonuna qədər təməl prinsipləri ilə bağlı konkret irəliləyiş əldə etməyə imkan verəcək.

Azərbaycan və Ermənistan prezidentləri bu il ərzində artıq 4-cü dəfədir ki görüşüb. Növbəti görüşün gələn ay Sankt-Peterburqda keçirilməsi təklif olunur.
XS
SM
MD
LG