Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:20

Pakistan talibana qarşı əməliyyatları davam etdirir


Pakistanın nüvə arsenalı etibarlı nəzarət altındadır. Vaşinqtonda səfərdə olan Pakistan prezidenti Asif Əli Zərdari belə deyib. Zərdari amerikalı konqresmenlərlə terrorla mübarizə yollarını müzakirə edib.

Bu arada Pakistanın şimal-qərbindəki Svat dərəsində talibana qarşı geniş miqyaslı əməliyyat davam edir. Əməliyyat ekstremistlərin yaxınlıqdakı rayonu ələ keçirmək cəhdindən sonra başlayıb.

Pakistanın baş naziri Yusif Rza Gilani xalqa müraciətində deyib ki, qoşuna yaraqlı və terrorçuları məhv etmək əmri verilib.

Məlumata görə əməliyyatlar zamanı 10 hərbçi ölüb.

10 minlərlə dinc sakin isə hərbi əməliyyat gedən bölgədən qaçıb.
XS
SM
MD
LG