Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 17:41

Praqada Azərbaycanın da qatıldığı enerji sammiti başlayır


Mayın 8-də Avropa Birliyi Azərbaycan da daxil olmaqla, 8 ölkəylə enerji əməkdaşlığına dair danışıqlara başlayır.

Praqada keçiriləcək görüşün məqsədi Avropa, Yaxın Şərq və MərkƏzi Asiya ilə enerji və nəqliyyat sahəsində uzun müddətli əlaqələrin qurulmasıdır.

Enerji sammitinə Avropa Birliyi, Azərbaycan, Gürcüstan, Türkiyə, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Misir və İraq prezidentləri qatılacaq.

ABŞ, Rusiya və Ukraynanın isə danışıqlarda müşahidəçi qismində iştirakı gözlənilir.

Avropa Birliyi yanvar ayında yaşanan enerji böhranından sonra Rusiyadan yan keçən alternativ yolları axtarır.

Moskva və Kiyev arasında qaz mübahisəsinə görə qışda bir çox Avropa ölkəsi mavi yanacaqsız qalmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG