Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:23

Azərbaycan ordu gününü bayram edir


Azərbaycan ordusunun yaradılmasından 88 il keçir. Ordu günü bütün hərbi hissələrdə qeyd olunur


Bu gün Müdafiə Nazirliyinin Komandanlığı Şəhidlər Xiyabanını ziyarət edib, Fəxri Xiyabanda mərhum prezident Heydər Əliyevin məzarına əklil qoyub. Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Ramiz Məlikovun «Azadlıq» radiosuna bildirdiyinə görə, iyunun 26-da axşam saat 18-də təntənəli yığıncaq keçiriləcək.


Ordu günü bütün hərbi hissələrdə qeyd olunur.


Prezident İlham Əliyev bildirib ki, son 3 ildə Azərbaycanın hərbi xərcləri 4 dəfə artırılıb. Prezident iyunun 23-də Azərbaycan hərbi tədris müəssisələri məzunlarının altıncı buraxılışına həsr olunmuş mərasimdəki çıxışında deyib ki, hazırda orduya ayrılan vəsait 700 milyon dollara yaxındır. Cənab Əliyev əlavə edib ki, gələcəkdə bu xərclərin daha da artırılması nəzərdə tutulur.


Günün bütün mövzuları

XS
SM
MD
LG