Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 08:49

Metyu Brayza ilə eksklüziv müsahibə


ATƏT-in Minsk Qrupunun həmsədri Metyu Brayza, 7 may 2009
ATƏT-in Minsk Qrupunun həmsədri Metyu Brayza, 7 may 2009
2-ci hissə

İnanırsınızmı ki, sülhün əldə olunması üçün hər iki tərəf kifayət qədər ciddi addımlar atır? Çünki bəyanatlarda sülhdən danışsalar da, dövlət başçılarının öz ölkələrində dediklərindən tamam başqa nəticəyə gəlmək olar.


Siz prezident Əliyevin 2 həftə əvvəl veridyi bəyanata diqqət edin. Bu əhalinin sülh yoluna hazırlamaq istiqamətində atılan bir addım idi. Və prezident Sarkisyan da eyni şeyi edir, Ermənistanın müxtəlif partiyaları ilə məsləhətləşmələr aparır. Odur ki, bu proses artıq başlayıb.

Bunlar kifayətdirmi?

İndiyə qədər olanlar yaxşıdır. Əlbəttə mən istərdim ki, dediyim konseptual razılığın texniki tərəfini işlədiyimiz bir mərhələdə əhali arasında aparılan bu hazırlıq işləri daha da gücləndirilsin. Mən prezidentləri də başa düşürəm ki, onlar çaılışırlar ki, bizim ümidlərimiz real olsun. Həddən artıq ümid verməklə onlar öz danışıq aparmaq, öz ölkələri üçün ən optimal həll varinatına nail olmaq imkanlarını məhdudlaşdırırlar.

Və mən demək istəyirəm ki, prezidentlərin verdiyi bəyanatlara münasibətim müsbətdir.

Son vaxtlar belə bir fikir də irəli sürülür ki, Rusiya bu prosesi öz nəzarəti altına keçirməyə cəhd göstərir. Qarabağ məsələsində baş rolu oynamaqla Rusiya göstərmək istəyir ki, o, Gürcüstanda olduğu kimi yalnız gərginlik mənbəyi deyil, həm də sülh mənbəyi ola bilər. Sizin belə analizlərə münasibətiniz necədir? Sualım təsadüfi deyil, çünki danışıqların növbəti mərhələsinin Sankt-Peterburqda keçirilməsi ehtimalı ortaya çıxıb.

Sankt-Peterburq ehtimalı sadəcə təsadüfdür. İndi, misal üçün Birləşmiş Ştatlarda görüşürlər. Biz Praqada olsaq da, ABŞ səfirliyi ABŞ ərazisidir. İmkan harada düşür, orada da görüşürlər. Onların harada, kimin ərazisində görüşməyinin əhəmiyyəti yoxdur. Mən dediyiniz mülahizələr ətrafında da danışmaq istəmirəm, cünki işimi mülahizələr yox, faktlar üzərində qururam. Faktsa ondan ibarətdir ki, Qarabağ məsələsində Rusiya konstruktiv mövqedədir. Mənim rusiyalı həmkarım Yuriy Nikolayeviç Merzlyakovdan ümumiyyətlə konstruktivlikdən başqa heç bir mövqe görməmişəm. Eyni sözləri Rusiyanın xarici işlər nazirliyinə rəhbərlik edən Karasin və Lavrov haqqında da demək olar.

Gürcüstanla bağlı bizim Rusiya ilə olan münasibətlərimiz nə qədər mürəkkəbdirsə, Qarabağla əlaqədar münasibətlərimiz bir o qədər müsbətdir.

Bunun səbəbləri haqqında düşünmək təhlilçilərin işidir.

Başqa sözlə, kimin əsas vasitəçi olması üstündə Rusiya ilə Amerika arasında heç bir rəqabət yoxdur.

Bizim üçün sülhün məhz kimin əldə etməyi vacib deyil, qoy Mars planetindən gələnlər buna nail olsun – fərq etmir. Əsas məqsədimiz odur ki, sülh əldə olunsun, regionda sabitlik yaransın və iqtisadi münasibətlər keyfiyyətcə yeni bir mərhələyə qədəm qoysun.

Qarabağda sülhün əhəmiyyəti haqda Amerikanın kimisə əmin etməyə ehtiyacı yoxdur. Əgər Rusiya ilə Amerika bu məsələdə birgə fəaliyyət göstərə bilirsə - çox gözəl. Əgər bir ölkə o birinə təşəkkür etmək istəyirsə, bu onun öz işidir. Hamı bilir ki, Rusiyanın iştirakı olmadan hansısa razılıq əldə etmək mümkün deyil.

Sonuncu sual. Necə bilirsiniz, Türkiyə-Ermənistan sərhəddləri bu ilin sonuna qədər açıla bilərmi?

Bu sualı Ermənistan və Türkiyədən soruşmaq lazımdır. Belə bir razılaşma ilə bağlı tərəflər arasında irəliləyiş var. Bunu hamı bilir ki, “Yol xəritəsi” var və onun maddələrindən biri məhz sərhədlərin açılması ilə bağlıdır.

Lakin bu maddələrin həyata keçməsi üçün çoxlu addımlar atılmalıdır. Biz ümid edirik ki, buradakı bütün maddələr həyata keçəcək, ümid edirik ki, sərhədlər açılacaq. Bəli, istərdik ki, bu ilin sonuna qədər sərhədlər açılsın. Amma hər şey Ermənistan və Türkiyənin öz aralarında gəlidkləri razılıqdan asılıdır.

Biz hər iki tərəfə dost münasibət bəsləyirik, Türkiyə həm də NATO üzvü kimi bizim vacib müttəfiqimizdir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG