Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:42

AMİP-in keçmiş fəalı aclığa başlayıb?


Musa Rahim 2007-ci ildə İmişlidə yaşadığı evdə orijinal aksiyaya əl atmışdı. Evinin damına «Məmurlar diktator, bəs rəhbər kim?» və başqa bir sıra şüarlar vurmuşdu

Musa Rahim 2007-ci ildə İmişlidə yaşadığı evdə orijinal aksiyaya əl atmışdı. Evinin damına «Məmurlar diktator, bəs rəhbər kim?» və başqa bir sıra şüarlar vurmuşdu

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) keçmiş fəalı Musa Rahimin 10 saylı cəzaçəkmə müəssisəsində aclıq aksiyasına başladığı bildirilir. AMİP mətbuat xidmətinin rəhbəri Əli Orucov «Azadlıq» radiosuna deyir ki, onlarda olan məlumata görə, M.Rahim aclıq aksiyasına mayın 5-də başlayıb:

- O, qara ciyərindən əziyyət çəkir və tibb müəssisəsinə köçürülməsini tələb edir.

Musa Rahim 2007-ci ildə hakimiyyət nümayəndəsinə qarşı xuliqanlıqda və zorakılıqda ittiham edilərək 5 il həbs cəzası alıb. O həbsindən əvvəl İmişli şəhərində yaşadığı evdə orijinal aksiyaya əl atmışdı. Evinin damına «Məmurlar diktator, bəs rəhbər kim?» və başqa bir sıra şüarlar vurmuşdu.

İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov da mayın 6-da 10 saylı cəzaçəkmə müəssisəsinə gedərək M.Rahimlə görüşüb. Ancaq onun sözlərinə görə, M.Rahimin aclıq aksiyası keçirdiyi rəsmən təsdiqlənmir:

- O, hələ də məhbuslarla ümumilikdə qalır. Müəssisə rəhbərliyi onun aclıq keçirdiyinə bu üzdən şübhə ilə yanaşır.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Mehman Sadıqov da deyir ki, Musa Rahimin aclıq aksiyasına başladığı haqda onlara məlumat verilməyib.
XS
SM
MD
LG