Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:10

Gürcüstan,Rusiya və Cənubi Osetiya görüşü təxirə salınıb


Moskvayla Tbilisi arasında gərginlik artdığına görə Gürcüstan Rusiya və Gürcüstanın separatçı bölgəsi Cənubi Osetiya arasında bu günə nəzərdə tutulmuş görüş təxirə salınıb.

Ötən ay tərəflər arasında keçirilmiş ilk görüşdə əldə olunmuş razılaşmaya görə növbəti görüş bu gün olmalıydı.

Amma regionda atəşkəsə nəzarət edən Avropa Birliyinin sözçüsü deyir ki, tərəflər görüşün yeri barədə razılığa gələ bilməyiblər.

Ötən il Cənubi Osetiya ətrafında yaranmış münaqişə Rusiyayla Gürcüstan arasında müharibəylə nəticələndi və bundan sonra Avropa Birliyinin vasitəçiliyiylə tərəflər arasında atəşkəs əldə olundu.

Günün bütün mövzuları

XS
SM
MD
LG