Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:45

Əfqanıstanda etiraz aksiyası keçirilib


Əfqanıstanda dinc sakinlərin ölümünə etiraz olaraq aksiya keçirilib.

Məlumatlara görə ABŞ hərbi hava qüvvələrinin Fərəh əyalətini bombalaması nəticəsində 100-ə yaxın adam ölüb ki, onların əksəriyyəti dinc sakinlərdir.

Əfqanıstandakı Amerika ordusunun komandanlığı onların hamısının bu hücumda ölməsinə şübhəylə yanaşır.

Koalisiya qüvvələrinin komandanlığıyla Əfqanıstan hökuməti insidentlə bağlı istintaq aparırlar. ABŞ prezidenti Barak Obama Vaşinqtonda Əfqanıstan və

Pakistan prezidentlərilə görüşdə deyib ki, Amerika ordusu yaraqlılara qarşı hərbi əməliyyatlarda dinc sakinlər arasında itkidən qaçmaq üçün bütün mümkün imkanlara əl atacaq.
XS
SM
MD
LG