Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:06

Metronun «Sahil» stansiyasının qarşısında başlanan yanğın genişlənir


Küləkli hava yanğının söndürülməsinə mane olur

Küləkli hava yanğının söndürülməsinə mane olur

Bakının mərkəzində Üzeyir Hacıbəyov küçəsindən başlanan yanğın artıq Səməd Vurğun 12 ünvanına çatdı


Bu gün təxminən saat 13:45 radələrində Bakının Üzeyir Hacıbəyov küçəsində, metronun «Sahil» stansiyasının çıxışı ilə üzbəüz yerləşən ikimərtəbəli binanın ikinci mərtəbəsində güclü yanğın baş verib. Hazırda 20-dan artıq yanğınsöndürən maşını yanğının qarşısını almağa çalışır.

Mağazalar boşaldılır
Hadisə yerində olan Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov «Azadlıq» radiosuna bildirib ki, hadisənin baş vermə səbəbləri haqda ilkin versiyalar irəli sürmək tezdir. Nazir yanğının söndürülməsinə Dövlət Neft Şirkətinin texnikasının da cəlb olunduğunu deyib. Cənab Heydərov ev sahibinin, sakinlərin dindirilməsindən sonra bütün versiyaların müzakirə olunacağını söyləyib. Hadisə yerinə Daxili İşlər naziri Ramil Usubov, Müdafiə naziri Səfər Əbiyev də gəlib.


Artıq yanğın «Zabitlər Evi»ninə və yaxınlıqda yerləşən digər binalara da keçib. Yanğın əvvəlcə paytaxtın mərəsində Üzeyir Hacıbəyov küçəsindən başlayıb. Hadisə yerində olan müxbirimiz xəbər verir ki, hazırda yanğın artıq Səməd Vurğun 12 ünvanına çatıb. Küləkli hava şəraiti yanğının söndürülməsini çətinləşdirir. Qarşısı alınmasa yanğın hakim Yeni Azərbaycan Partiyasının mənzil qərargahına da təhlükə yarada bilər.


Xəsarət alan və ölənlər barədə məlumat verilmir. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. Yanğın davam edir.



Günün bütün mövzuları

XS
SM
MD
LG