Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:28

Gürcüstanın 3 müxalifət fəalı azadlığa buraxılıb


Gürcüstanda həbs olunmuş 3 müxalifət fəalı azad olunub. Onlar 2 gün öncə İctimai Televiziaynın jurnalistini döymək isttihamı ilə həbs olunmuşdular.

Mayın 6-da bu həbsə görə axşam saatlarında Tbilisidə polislə aksiya iştirakçıları arasında toqquşma olub.

Prokurorluq bildirib ki,həbs olunan müxalifətçilərin azadlığa buraxılmasını Provaslav Kilsəsinin patriarxı 2-ci İlya xahiş edib. Patriarx deyib ki, müxalifət fəallarının azadlığa buraxılması gərginliyin azaldımasına yardım edə bilər.

Mayın 6-da baş verən toqquşmada 30-a yaxın adam xəsarət alıb. Polis nümayişi dağıtmaq üçün dəyənəklərdən istifadə edib. Polisdən deyiblər ki, nümayişçilər polis binasına hücum etmək istəyirmiş.

Bu hadisədən bir neçə gün qabaqsa, Gürcüstan hökuməti bildirib ki, dövlət çevrilişinin qarşısını alıb.

Tbilisi çevrilişə cəhddə Rusiyani ittiham etsə də, qarşı tərəf ittihamları rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG