Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:37

Bakıda restoranda atışma


Mayın 6-dan 7-nə keçən gecə Səbail rayonunun Nizami küçəsində yerləşən «Face club» restoranında atışma olub

Mayın 6-dan 7-nə keçən gecə Səbail rayonunun Nizami küçəsində yerləşən «Face club» restoranında atışma olub

Mayın 6-dan 7-nə keçən gecə Səbail rayonunun Nizami küçəsində yerləşən «Face club» restoranında atışma olub.

ANS-in «qaynar xətt»inə zəng edən vətəndaşların sözlərinə görə, hadisə müştərilər arasında baş verib. Mübahisə edən müştərilərdən biri özündə olan silahla Rövşən Heybətov adlı şəxsə atəş açıb. Güllə yarası alan Rövşən öz avtomobilinə əyləşərək 1 saylı şəhər xəstəxanasına gəlib.

Həkimlər Rövşənin sağ bud nahiyəsindən güllə yarası aldığını aşkarlayıblar. Yaralı üzərində dərhal cərrahiyyə əməliyyatı aparılıb. Tibbi müdaxilədən sonra Rövşənin vəziyyəti normallaşıb.

Hadisənin baş verdiyi ünvan Səbail Rayon Polis İdarəsinin və 9-cu polis bölməsinin əməkdaşları tərəfindən nəzarətə götürülüb. İdarənin rəhbərliyi və 9-cu polis bölməsinin rəisi Həsən Abdullayev də hadisə yerində olub. Atışmanın hansı zəmində baş verməsi ilə bağlı suala bölmə rəisi Həsən Abdullayev cavab vermək istəməyib. O, yalnız onu deyib ki, iki nəfər arasında mübahisə qarşıdurma ilə nəticələnib. Həsən Abdullayev hadisənin təfərrüatlarını açıqlamadığından, Rövşən Heybətovu kimin yaraladığı, atəşin hansı silahdan açılması, hadisəyə görə kiminsə saxlanılıb-saxlanılmaması ilə bağlı suallar hələ də cavabsız qalır.

«Face club» restoranının rəhbərliyi də eyni məlumatdan fərqli heç nə deməyib. Restorandan verilən məlumata görə, təhlükəsizlik xidmətinin əməkdaşlarından biri restorana gələn müştərini içəri buraxmayıb. Bu zaman yaranan mübahisə zamanı dava düşüb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG