Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:32

«Şərq Tərəfdaşlıq» proqramına start verilir


Mayın 7-də Azərbaycanın da qoşulduğu «Şərq Tərəfdaşlıq» proqramına start veriləcək.

Daha sıx siyasi və iqtisadi əlaqələrin qurulması məqsədi daşıyan bu proqram Avropa Birliyinin təşəbbüsüdür. Avropa Birliyinin Praqa sammitində bu təşəbbüsün həyata keçiriləcəyi gözlənilir.

Şərq Tərəfdaşlıq proqramına 6 MDB ölkəsi daxildir: Ukrayna, Gürcüstan, Azərbaycan, Ermənistan, Moldova və Belarus.

Rusiya bu proqrama etiraz edir.

Avropa Birliyinin sammitində iştirak etmək üçün Azərbaycan prezidenti artıq Praqadadır. İ. Əliyev mayın 6-da Çexiya prezidenti Vaslav Klausla görüşüb.

Prezident görüşdə Azərbaycanla Avropa Birliyi arasında əlaqələrin inkişaf etdiyini və Avropanın enerji təhlükəsizliyində Azərbaycanın yaxından iştirak etdiyini deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG