Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 12:48
Mayın 6-da Tbilisidə şəhər polisiinin binası qarşısında müxalifət tərəfdarları ilə gürcü polisi arasında toqquşma baş verib.

Yerli televiziya metal barmaqlıqlı çəpərin müxtəlif tərəfində duran polislərlə mülki şəxslərin çəkişməsi kadrlarını göstərib.

Daxili işlər nazirliyinin nümayəndəsinin bəyanatına əsasən nümayişçilər polis idarəsinin binasına soxulmağa cəhd ediblər.
Tbilisi, 6 may 2009, gürcü polisi ilə müxalifəti metal çəppər aralayır


Qarşıdurmada müxalifət lideri Qiorqi Qaxeçiladzenin həbs olunması, bir-neçə müxalifətçinin isə yaralandığı deyilir.

Daxili işlər nazirliyinin rəsmi nümayəndəsi Şota Utiaşvili müxalifət liderinin həbsini təkzib edir və bildirir ki, sonuncu sadəcə olaraq metal cəpərdən polis idarəsinin ərazisinə hoppanıb.

Etraz aksiyasına səbəb mayın 6-da Tbilisidə 3 nəfər müxalifət nümayəndəsinin polis tərəfindən həbs edilməsi oldu. Onlar ictimai televiziyanın jurnaslitini döyməkdə ittiham olunurlar. Buna etiraz edən müxalifət tərəfdarları polis idarəsinin binası qarşısında toplaşıblar.
Tbilisi. 6 may 2009 - Gürcüstan müxalifətinin liderlərindən biri Levan Qaxeçiladze [solda], polislə toqquşma zamanı yaralanandan sonra xəstəxanaya gətirilib

Utiaşvili iddia edir ki, müxalifətçilər həbs olunanları zorla azad etmək fikrində olublar, polis onların qarşısını alanda nümayışçılərin sırasından polis əməkdaşlarına daş və metal parçaları atılıb.

Bu ilin aprelin 9-dan başlayaraq Gürcüstan müxalifəti prezident Saakaşvilinin istefası tələbi ilə silsilə mitinqlər keçirdi. Onlar prezidenti ötən ilin avqustunda baş verən Gürcüstan-Rusiya münaqışəsində tutduğu yanılış mövqeyə görə tənqid edirlər. Bir gün əvvəl isə Gürcüstandan əvvəl hərbi qiyam, sonra isə onun dinc yolla qarşısının alınması haqda xəbəbrlər daxil olmuşdu.
Tbilisi, 6 may 2009. Polis və müxalifət




Günün bütün mövzuları

XS
SM
MD
LG