Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 02:14

İlham Əliyev Praqada çexiyalı həmkarı Vaslav Klausla görüşüb


Praqada səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev bu gün Çexiya prezidenti Vatslav Klausla görüşüb.

Məlumatı ANS PRESS və APA agentlikləri yayıb.

Çexiya prezidenti Vaslav Klaus İki ölkə arasında siyasi əlaqələrinin uğurla inkişaf etdiyini və bu görüşün ikitərəfli münasibətlərin indiki vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılmasına yaxşı imkanlar yaratdığını qeyd edib.

O deyib ki, Çexiya Azərbaycan və regionda gedən siyasi və iqtisadi prosesləri yaxından izləyir.

Vaslav Klaus əlavə edib ki, Azərbaycanda Çexiya səfirliyinin açılışı bu, əlaqələrin genişlənməsinə xidmət edəcək.

Prezident İlham Əliyev isə iki ölkə arasında ikitərəfli münasibətlərin son illərdə uğurla inkişaf etdiyini vurğulayıb. İlham Əliyev həmçinin Azərbaycanla

Avropa Birliyi arasında əlaqələrin inkişaf etdiyini və ölkəsinin Avropanın enerji təhlükəsizliyində yaxından iştirak etdiyini vurğulayıb.

Ermənistanın Azərbaycana davam edən təcavüzü barədə ətraflı məlumat verən İlham Əliyev, bunun regionda sülhə və sabitliyə ciddi əngəl olduğunu qeyd edib.

Dövlət başçıları iki ölkə arasında əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.
XS
SM
MD
LG