Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:13

Rusiya Şərq Tərəfdaşlığı Proqramına qarşıdı


Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropa Birliyinin yaratdığı Şərq Tərəfdaşlığı Proqramına qarşıdır.

Mayın 7-də Avropa Birliyinin Praqa sammitində bu təşəbbüsün həyata keçirləcəyi gözlənilir.

Proqramda məqsəd keçmiş sovet respublikaları Azərbaycan, Ermənistan, Gürcüstan, Belarus, Moldova və Ukraynanı Avropa Birliyinə yaxınlaşdırmaq, regionda sabitliyə dəstək verməkdir.

Sergey Lavrov bu gün Moskvada polşalı həmkarı Radoslav Sikorskiylə görüşərkən deyib ki, bəzi adamlar istəyir ki, bu proqrama daxil olan ölkələr Rusiyayla Avropa Birliyi arasında seçim etsinlər.
XS
SM
MD
LG