Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:49

Prezidentlərin görüşündən nə gözlənilir?


Prezidentlərin Sürix görüşü, 28 yanvar 2009
Prezidentlərin Sürix görüşü, 28 yanvar 2009
Azərbaycan və Ermənistan prezidentləri mayın 7-də Praqada görüşərək Qarabağ probleminin həlli imkanlarını yenidən müzakirə edəcəklər. Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov bugünlərdə Vaşinqtonda olanda danışıqların bundan sonra hansı istiqamətdə gedəcəyinin prezidentlərin görüşündən asılı olacağını bildirib. Amma mütəxəssislər bu görüşdən də ciddi nəticə gözləmirlər.

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi «Azadlıq» radiosuna müsahibəsində bildirir ki, indi regionda Türkiyə ilə Ermənistan arasında gedən proseslər Qarabağ münaqişəsinin də həllinə yaxşı şərait yaradır. Amma Semnebi sabahkı danışıqların real nəticələrinin bəlkə ilin sonuna görünə biləcəyini deyir:

- Əgər biz prezidentlərin sabahkı görüşlərinin müsbət əlamətlərini axtarsaq, məncə, irəliləyişlərin perspektivlərini ilin sonunda axtarmaq daha yaxşı olardı.

Con Hopkins Universitetinin Orta Asiya və Qafqaz İnstitutunun tədqiqat şöbəsinin müdiri Svante Kornel də prezidentlərin növbəti Praqa görüşündən ciddi nəticələr gözləmir. Amma o, bunun səbəbini elə regionda gedən indiki proseslərdə görür.

Svante Kornel deyir ki, Türkiyə sərhədi şərtsiz açacağına dair Ermənistana söz verib. Azərbaycanın kəskin narazılığından sonra isə bu addımdan çəkindi. Ona görə də Türkiyə ilə münasibətlərin gələcəyindən narahat olan həm Bakı, həm də Yerevan güzəştlərə və ya ciddi irəliləyişlərə hazır deyil və indi hamı ABŞ-ın nə edəcəyini gözləyir:

- Yerevan da Türkiyə ilə əlaqələrin necə dəyişəcəyini gözləmək istəyir. Bu səbəbdən də onlar hazırda hər hansı güzəştlərə, irəliləyişlərə hazır deyillər. İndi regionda Rusiya güclüdür. Hazırda hamı Avropa, xüsusilə də ABŞ-ın bu regionda siyasətində bir dəyişiklik olub-olmayacağını gözləyir.

(Reportaj videodan sonra davam edir)
S.Kornel prezidentlərin görüşü haqda
Gözlə

No media source currently available

0:00 0:01:17 0:00
Direct-ə keçid

Yerevanda da prezidentlərin növbəti görüşündən ciddi nəticələr gözləmirlər. Ermənistandakı Milli və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru Riçard Qiraqosyan da indiki görüşlərdən nəticə gözləməməyə əsas kimi Ermənistanla Türkiyə arasında danışıqların yaratdığı vəziyyəti əsas gətirir:

- Görüşlər yaxşıdır, proses davam etməlidir. Amma bütün digər əlamətlər onu göstərir ki, hələlik ciddi bir nəticə gözləməyə dəyməz.
Ermənistanla Türkiyə arasında danışıqlara və Ankara ilə Bakı arasında bəzi problemlərə baxanda bizim hələlik çox az gözləntilərimiz olmalıdır.

Azərbaycanda söhbət etdiyimiz ekspertlər də bildirirlər ki, prezidentlərin Praqadakı növbəti görüşündən Qarabağ probleminin həllində ciddi dəyişiklik yaradacağını gözləmək olmaz. Artıq prezidentlərin Praqadan sonra daha bir neçə dəfə görüşəcəkləri barədə məlumatlar var.

Dövlət başçılarının Praqadan sonra Rusiyada– Sankt-Peterburqda da görüşəcəkləri bildirilir.

Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədrləri sülh danışıqlarının növbəti fazaya daxil olduğunu və artıq Azərbaycan və Ermənistanın dövlət başçılarının bir-birinin mövqeyini yaxşı öyrəndiklərini deyirlər.

Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sarkisyanın indiyə qədərki görüşlərində yalnız bir dəfə - ötən ilin noyabrında Moskva görüşündə konkret nəticə elan olunmuşdu. İki ölkənin dövlət başçısı ilk dəfə Qarabağ münaqişəsinə dair öz aralarında birgə bəyannamə imzalamışdılar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG