Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:36

Neft Akademiyasında ölənlərin xatirəsini əbədiləşdirmək lazımdır


Aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında həlak olanların xatirəsinin əbədiləşdirilməsi üçün imzatoplama kampaniyası keçirilir.

ANS PRESS-in məlumatına görə elektron imzatoplama kampaniyası "www.30aprel.biz" saytında keçirilir.

Saytda baş verənlər terror adlandırılır və hadisədə həlak olanların xatirəsinin əbədiləşdirilməsinə dəstək istənilir.

Kompaniyanın ilk günündə imza atanların sayı artıq 700 nəfəri keçib.

Xatırladaq ki, aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasına edilmiş silahlı basqında 13 nəfər ölüb, 13 nəfərsə yaralanıb.
XS
SM
MD
LG