Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:34

Əfqanıstanda ölənlərin sayı 100-ü ötüb


ABŞ hərbi hava qüvvələrinin Əfqanıstanın qərbini bombalaması nəticəsində ölənlərin sayı 100-ü ötüb.

Bu barədə Fərəh əyalətinin polis rəisi Abdul Cəfər Vətəndar bu gün xəbər verib.

Qadın və uşaqlar da daxil olmaqla dinc sakinlərinin ölüm xəbərini Beynəlxalq Qızıl xaç Komitəsi də təstiqləyir.

Birləşmiş Ştatlar insidentlə bağlı istintaq aparacağını deyir.

Bu cür əməliyyatlarda dinc sakinlərin ölümü Əfqanıstanla ABŞ arasında münasibətləri gərginləşdirir.

Əfqanıstan prezidenti Həmid Kərzai bu gün Vaşinqtonda ABŞ prezidenti Barak Obamayla görüşdə insidetlə bağlı məsələ qaldıracağını deyir.
XS
SM
MD
LG