Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:39

Səfər Əbiyev ABŞ Müdafiə Katibinin köməkçisini qəbul edib


Azərbaycan Respublikası Müdafiə Nazirliyinin verdiyi məlumata mayın 6-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ Müdafiə Katibinin köməkçisinin müavini xanım Meri Vorliki qəbul edib. Görüş zamanı NATO-Azərbaycan əməkdaşlığında əldə edilən uğurlardan danışıb. Verilən məlumata görə Azərbaycan Müdafiə naziri eyni zamanda ABŞ-la Azərbaycan arasında müxtəlif sahələrdə olduğu kimi hərbi sahədə də əməkdaşlığın yaxşı təməllər üzərində qurulduğunu qeyd edib.

Daha sonra bölgədəki hərbi-siyasi vəziyyət müzakirə edilib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan müdafiə naziri qeyd edib ki, bu münaqişənin həllində əsassız gecikmələrə yol verilməsi regionda ümumi durumu daha da gərgin vəziyyətdə saxlayır, ona görə də problem tezliklə aradan qaldırılmalıdır. O bildirib ki, münaqişənin həllində Azərbaycanın iradəsini ifadə edərək bildirib ki, bu məsələdə heç bir torpaq güzəştindən söhbət gedə bilməz və ümumiyyətlə münaqişə qeyd-şərtsiz öz həllini tapmalıdır.

XS
SM
MD
LG