Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:43

Prezident Bakı Tennis Akademiyasının açılış mərasimində iştirak edib


Mayın 5-də prezidenti İlham Əliyev Bakı Tennis Akademiyasının açılış mərasimində iştirak edib. AzərTAcın verdiyi xəbərə görə, mərasimə Azərbaycanın idman ictimiyyətinin nümayəndələri ilə yanaşı Gürcüstan, Rusiya, Xorvatiya və digər ölkələrdən gəlmiş qonaqlar da qatılıb.

Bakının 8-ci mikrorayonunda yerləşən Tennis Akademiyasının tikintisinə 2008-ci ilin mart ayında başlanıb. Akademiyanın ərazisi 2,7 hektardır. Mərkəzi kort da daxil olmaqla, komlpleksin 4070 kvadratmetrlik sahəsində idmanın bu növü ilə məşğul olmaq üçün hər cür şərait yaradılıb. Burada avadanlığı İtaliyadan gətirilmiş iri tutumlu su anbarı, nasos stansiyası, elektrik idarəetmə otağı və transformator yarımstansiyası tikilib. Tikintiyə yerli və xarici mütəxəssislər cəlb edilib. Akademiyada xaricdən dəvət olunmuş məşqçilər dərs deyəcəklər. İlin bütün fəsillərində burada yerli və beynəlxalq yarışların, eləcə də məşqlərin keçirilməsi üçün müasir tələblərə cavab verən istilik və havalandırma sistemi quraşdırılıb.

AzərTAc həmçinin bildirir ki, mayın 5-dən 10-dək bu kompleksdə yeniyetmələr arasında Heydər Əliyevin anadan olmasının 86 illiyinə həsr olunan tennis turniri keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG