Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 05:59

Qeyts: Vaşinqtonla Tehran arasında böyük alver fikri əsassızdır


Amerikanın müdafiə naziri Robert Qeyts deyib ki, Tehranın müsbət cavab reaksiyası olmasa da, Amerika İranla münasibətləri diplomatiya ilə yoluna qoymaqda israrlıdır.
Robert Qeyts bunu Qahirədə Misir prezidenti Hüsni Mübarəklə danışıqlardan sonra deyib.

Nazir bildirib ki, ərəb ölkələri Vaşinqtonla Tehran arasında böyük alver olacağından narahatdırlar, ancaq bu, əsassızdır, Amerika öz köhnə tərəfdaşları ilə əlaqələri qırağa qoymayacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG