Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:22

Əbülfəz Elçibəyin doğum günündə Fəxri Xiyabana yürüş oldu


İyunun 24-də mərhum keçmiş prezident Əbülfəz Elçibəyin doğum günü münasibətilə bir sıra partiya və ictimai təşkilatların təmsilçiləri Bakıda Əzizbəyovun heykəlinin qarşısından Fəxri Xiyabanadək yürüş keçirdilər.


Fəxri Xiyabanda Əbülfəz Elçibəyin məzarı başında isə onun ömür və mübarizə yolundan, bütöv Azərbaycan ideyasının gerçəkləşməsinin mümkünlüyündən danışıb, şerlər və mahnılar oxudular. Tədbirdə sabiq prezidentin yaxınları və ailə üzvləri də iştirak ediblər.


Sovet dövründə bir müddət dissident kimi həbsdə olmuş Əbülfəz Elçibəy 80-ci illərin sonunda yaradılmış Azərbaycan Xalq Cəbhəsinin sədri olub. 1992-ci ildə prezident seçilib. Təxminən bir il Azərbaycana rəhbərlik edib. 1993-cü ilin iyununda baş verən hakimiyyət dəyişikliyindən sonra iqtidardan gedib. Dörd il doğulduğu Naxçıvan MR-da yaşadıqdan sonra yenidən Bakıya qayıdıb. Bütöv Azərbaycan Hərəkatını yaradıb.


2000-ci il avqustun 22-də dünyasını dəyişib.


XS
SM
MD
LG