Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:38

Azərbaycan və Türkiyə qazın qiymətinin müzakirəsinə başlayıb


Mayın 5-də ARDNŞ-lə Türkiyənin «Botaş» şirkətinin işçi qrupları arasında danışıqlar keçirilib

Mayın 5-də ARDNŞ-lə Türkiyənin «Botaş» şirkətinin işçi qrupları arasında danışıqlar keçirilib

Azərbaycan və Türkiyə rəsmiləri təbii qazın qiymətinin müzakirəsinə başlayıb. Mayın 5-də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ilə Türkiyənin «Botaş» şirkətinin işçi qrupları arasında danışıqlar keçirilib.

ARDNŞ-in mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev «Azadlıq» radiosuna deyib ki, danışıqlarda söhbət qiymətlərin yenilənməsindən gedir:

«Söhbət qiyməti artırıb-azaltmaqdan getmir. Müqaviləyə görə, qiymətlərin vaxtı keçib, yenidən qiymətlər müəyyən olunmalıdır. Burada isə müxtəlif amillər var, məsələn, qazın bazardakı qiyməti və s.»

N.Quliyev bildirib ki, kommersiya sirri olduğuna görə danışıqlar qapalı aparılır. Danışıqlarda «Şahdəniz» layihəsinin ikinci fazasından qazın Türkiyəyə nəqli məsələsi də müzakirə olunur.

Azərbaycanla Türkiyə arasında qaz razılaşmasının müddəti ötən ilin aprelin 15-də başa çatıb. Həmin razılaşmaya əsasən Azərbaycan «Şahdəniz»in birinci fazasından çıxarılan qazı Türkiyəyə 120 dollara satırdı.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG