Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:39

NATO Rusiya ilə yeni danışıqlara ümid edir


Rusiyanın nazirlər səviyyəsində bu ayki görüşdən imtina etməsinə NATO təəssüflənir. NATO sözçüsü Karmen Romero deyib ki, NATO-nun baş katibi Yaap de Skeffer ümid eləyir ki, yeni görüşün vaxtını Rusiya və NATO razılaşdıra biləcəklər.
Bundan əvvəl Rusiyanın NATO-dakı nümayəndəsi Dmitri Raqozin elan elədi ki, mayın 19-a nəzərdə tutulan NATO-Rusiya danışıqlarına Rusiyanın xarici işlər naziri Sergey Lavrov gəlməyəcək.
Bu günki hadisələrdən qabaq isə NATO Rusiyanın iki diplomatını casusluqda ittiham etmişdi.
XS
SM
MD
LG